Əfqanıstan paytaxtı Kabildə partlayış olub.
CGTN xəbər verir ki, partlayış Kabilin qərbində yerləşən “Əfqan səsi” xəbər agentliyinin ofisində baş verib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, xəsarət alanlar əsasən mülki şəxslərdir.
Terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində 4 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilir.
Müstəqil.Az