“Terroru aradan qaldırmadan Suriyadan çıxmayacağıq. Suriyanın torpaqlarında gözümüz yoxdur, amma olanlar da, xahiş edirəm, oranı tərk etsinlər”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Suriyadakı PYD/YPG/PKK terror təşkilatının hələ də Türkiyənin təhlükəsizliyini təhdid etdiyini bildirib:
“YPG, PYD, İŞİD və PKK sərhədlərimizi tank, top və raketlərlə vururlar. Bəs biz onların qabağında əlləri bağlı gözləməliyik? Bəli, biz Suriyadayıq və oranı terrorçulardan təmizləmədən çıxmayacağıq”./teleqraf