Abşeronda kişi hamam otağında ölüb.
Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsi, “Təzə məhəllə” adlanan ərazidə qeydə alınıb.
Azərbaycanda müvəqqəti yaşayış icazəsi olan Filippin vətəndaşı Tongol Anthony Cunanan yaşadığı evin hamam otağında qəflətən halı pisləşərək ölüb.
Onun meyiti arvadı Tongol Çimnaz Tağı qızı tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.