Əcnəbilərlə dolu millimizin Avropa “performans”ı – Xaos nə zaman bitəcək? + FOTO

<!– –>

if (screen.width > 576) {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22890818619’,
size: [600, 338],
zoneId: ‘22889818619’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 600px; max-height: 338px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
} else {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22882913269’,
size: [300, 250],
zoneId: ‘22881913269’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 300px; max-height: 250px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
}

Melissa Varqas əslən Kubadandır. O, bu ölkənin voleybol millisində uzun illər çıxış etdikdən sonra Türkiyə yığmasına cəlb olunub. Qonşu ölkənin “Fənərbağça” klubunda forma geyinən idmançı bir müddət əvvəl milli komanda ilə Avropa çempionu oldu. Tarixində ilk dəfə “köhnə qitə”nin ən güclüsü adını qazanan “torun sultanları”nın heyətində diqqətləri ən çox çəkən də məhz Varqas idi. O, çətin məqamlarda ön plana çıxıb xilaskar olmağı bacardı. Melissa finalda Serbiyaya qarşı mükəmməl performans sərgiləyərək həm komandasının çempionluğunda müstəsna rol oynadı, həm də rəqibin canlı əfsanəsi Tiyana Boşkoviçlə birbaşa dueldən qalib ayrıldı.

Əlbəttə, Türkiyə yığmasının digər üzvləri də gözəl performans sərgilədilər və uğuru tək Varqasla bağlamaq doğru olmaz. Lakin o, sanki pazlın çatışmayan hissəsi idi. Varqas özü barədə “legionerin də beləsi” fikrinə gətirib çıxardı.

Voleybolumuz da getdikcə futbolumuza bənzədiyi üçün azərbaycanlı top oyunları həvəskarları Türkiyənin futbol klubları, yığmasından sonra voleybol komandasına da daha çox diqqət göstərməyə başlayıblar.

Əslində, Azərbaycan millisi də Avropa çempionatında (AÇ) yarışırdı. Amma gözlənildiyi kimi, uğursuzluğa düçar oldu. Uğursuzluğun niyə sürpriz olmadığından bəhs etməzdən öncə nəticəyə nəzər yetirməkdə fayda var.

Voleybol millimiz C qrupunda beş matçda topladığı eyni sayda xalla sondan ikinci – beşinci oldu və bu nəticə ilə qrupda qaldı. İki qələbə əldə edə bilən komanda üç dəfə məğlub oldu. Bunların arasında gələcək çempion Türkiyəyə acınacaqlı məğlubiyyət də var idi.

Azərbaycan yığmasının Avropa çempionatındakı oyunları:

Azərbaycan – Çexiya – 3:0

Azərbaycan – Almaniya – 1:3

Türkiyə – Azərbaycan – 3:0

Azərbaycan – Yunanıstan – 3:2

İsveç – Azərbaycan – 3:1

Heyətinə görə yığma komandanın Avropa çempionatında uğur qazana bilməyəcəyi gözlənilən idi. Lakin heç olmasa, qrupdan çıxacağı ehtimal edilirdi. Belə zəif performans olacağı təxmin olunmurdu.

AÇ öncəsi yerli federasiya yığmaya türkiyəli mütəxəssis Ataman Güneyligili gətirmiş və onunla qısamüddətli müqavilə imzalanmışdı. Çalışdırıcı ilk mətbuat konfransında bildirmişdi ki, Azərbaycan voleybolunu köhnə günlərinə qaytarmağı hədəfləyir. Çempionata hazırlıq məqsədi ilə milli hətta Bosniya və Herseqovinada təlim-məşq toplanışı keçdi, yoldaşlıq oyunlarında qüvvəsini sınadı və s.

Bununla belə, uğursuzluq gözlənilən idi, ona görə ki, ölkədə voleybol çempionatının səviyyəsi aşağıdır. Son illərdə yeni, parlaq gənclər üzə çıxmırlar. Heyət yaşlıdır, əksəriyyəti tükənmiş voleybolçulardır və s.

Ən acıncaqlısı komandada çoxsaylı legionerlərin olmasıdır. Azarkeşlər arasında daha çox narazılıq yaradan məqam da məhz budur. Yana Doroşenko, Yelizaveta Ruban, Odina Əliyeva, Olena Xarçenko, Kristina Besman, Polina Rəhimova, Nikalina Başnakova, Anastasiya Mertsalova, Marqarita Stepanenko yığmanın gəlmələridir. Bəzi oyunçuların soyadı oxucuları çaşdırmasın, onların mənşəcə ölkəmizə bağlılığı yoxdur. Yuliya Kərimova, Mariya Kurilyuk kimi idmançılar isə yeniyetmə vaxtlarından ölkəmizdədirlər. Onlara münasibətdə daha loyal olmaq mümkündür.

Əsas narazılıq budur ki, onsuz da uğursuzluqdan qaçmaq mümkünsüzdürsə, əcnəbiləri bura gətirməyin mənası nədir? Əgər onlar yerli voleybolçulardan birbaş üstün deyillərsə, həqiqətən, yığmada olmalarının əhəmiyyəti qalmır. Nəticə qrupda qalmaqdır və bunu özümüzkülər də rahat bacarardı.

Əvvəllər Azərbaycan millisi yaxşı nəticələr əldə edib və həmin zaman əcnəbilərin də yığmada xidməti az olmayıb. Şabovta, Parxomenka, Karatenko soyadları dillər əzbəri idi, insanlar onları özümüzkü kimi qəbul edirdi. İndi də həmin yığma müsbətləri ilə xatırlanır və həmişə milli komanda həminki ilə müqayisə olunur.

Məsələ milliləşdirmədən çox bunun həddən artıq kütləviliyində və ən əsası yanlış olmasındadır. Nəticələr göstərir ki, hazırkı milliləşdirmə fəaliyyəti digər idman növlərində olduğu kimi voleybolda da faydasızdır. Vaxtilə bu, effekt verib deyə, yenə eyni cür olacağı nəticəsinə gəlmək olmaz. Uzunmüddətli planlar qurmaq və daxili çempionatın, yerli idmançıların səviyyəsini artırmağa çalışmaq daha yaxşı olardı. Müvəqqəti həll yolları dayanıqlılığa mane olacaq. Necə ki, sırf AÇ üçün Ataman Güneyligil baş məşqçi təyin edildi və bu, özünü doğrultmadı. Əvəzində daha uzunmüddətli plan qurmaq, bu AÇ-yə gənc yığma göndərib həmin oyunçuları gələcək üçün daha təcrübəli etmək mümkün idi.

Avropa çempionatındakı uğursuzluq ölkə voleybolunda xaotik vəziyyət yaradıb. Baş məşqçi voleybolçuları ittiham edir, voleybolçular da onu. Durum federasiyanın nəzarətindən çıxıb.

Hər halda, qurumun səssizliyi bunu deməyə əsas verir. AÇ-dəki uğursuzluq, nəticələrin təhlil edilib-edilmədiyi, ölkə voleybolundakı milliləşdirmə prosesinin faydasızlığı, yerli idmançıların inkişafı üçün planlaşdırılan işlər barədə suallar ünvanlasaq da, federasiyadan hər hansı cavab almaq mümkün olmadı. Yeri gəlmişkən, bu yazının Avropa çempionatından xeyli sonraya təsadüf etməsinin səbəbi də məhz həmin susqunluq oldu.

Faiq Tahirov

Share: