Ədliyyə Nazirliyi YAP-dan sonra ilk partiyanı qeydə almaq üzrədir

Ədliyyə Nazirliyi YAP-dan sonra ilk partiyanı qeydə almaq üzrədir

“Vətəndaş Həmrəyliyi Partiyası (VHP) “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 05.07.2023-cü il tarixdə üzvlərinin bir hissəsinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmişdi. Ədliyyə Nazirliyi bir ay ərzində müvafiq yoxlamalar apararaq VHP-yə cavab verib”.

Müstəqil.az “AzPolitika.info” – ya istinadla xəbər verir ki, bu barədə partiya sədrinin müavini Samir Əsədli bildirib. Onun sözlərinə görə, nazirliyin cavabında təqdim edilmiş siyahıdakı 9246 nəfərdən yalnız 255 nəfərin VHP üzvlüyünün təsdiq olunmadığı bildirilib. “Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi qeyd olunub”, – o əlavə edib.

 

 

S.Əsədli deyib ki, rəsmi cavabda həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən (mobil və ev) istifadə etdikləri bildirilib: “Aydınlq üçün bildiririk ki, bu kənd rayonlarında ailədə və rayon təşkilatı özəklərində bir neçə şəxsin bir telefon nömrəsindən istifadəsi ilə bağlıdır. Qeyd etməliyik ki, “Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin olması tələbi qoyulmayıb. Bütün bu və ya digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən, 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reyestrdə təsdiqləndiyi ortaya çıxır. Göründüyü kimi, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir”.

Sədr müavini vurğulayıb ki, bnunla belə, göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısını daha da dəqiqləşdirib, yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəklər

Share: