Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanın Hinduquş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 176 kilometr şərqdə yerləşib. Təkanların mənbəyi 190 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Mənbə: TASS

Share: