Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanın şimal-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ geoloji araşdırmalar xidməti məlumat yayıb.

Yerli vaxtla saat 18:56-da baş verən zəlzələnin episentrinin ölkənin şimal-şərqindəki Bədəhşan əyalətinin Curm rayonu olduğu bildirilib.

Zəlzələ Əfqanıstanın bir çox əyalətlərində, ilk növbədə Kabildə, həmçinin Pakistan, Tacikistan və Hindistanda hiss olunub.


Share: