Yarış sedanı “Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM” satılır.
1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində populyar olan avtomobil seriyası bir neçə modifikasiyaya məruz qalıb və markanın tarixində ən tanınan modellərdən biri məhz “Mercedes-Benz 190 E 2.5-16 Evolution II DTM” sedanı olub.
Bu unikal avtomobillərdən biri hazırda hərraca çıxarılıb.
Modelin əsas xüsusiyyəti onun 1990-cı illərin standartlarına görə inanılmaz dərəcədə ekstremal olan təkmil aerodinamik kuzov dəstidir. Model “Mercedes-Benz” mühəndisləri ilə o vaxtkı müstəqil AMG şirkətinin ekspertləri tərəfindən birgə hazırlanıb.
Yarış avtomobili 370 at gücü hasil edən 2,5 litrlik sıravi 4 silindrli benzin mühərriki ilə təchiz edilib. Mühərrik 5 pilləli mexaniki transmissiya ilə birləşdirilib.
Avtomobili əldə etmək üçün son tarix mayın 20-nə təyin olunub.
Mənbə: motor.ru