***
Rusiyanın Yeltsin zamanının sınaqları Putinin gəlişi ilə bitdi. Gürcülər Saakaşvili dövründə nəyisə öyrəndilər. 1990-cı illərin ortalarında azərbaycanlılar öz dərslərini tamamilə mənimsədilər. İndi isə Ermənistan həmin yetkinlik imtahanından keçir.
Müstəqil.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşri məqalə dərc edib.
“Otuz il ərzində Ermənistan nəyi əldə edib?
Paşinyan hakimiyyətə yalnız əvvəlki rəhbərliyin əvəzləyicisi kimi deyil, xalq sevimlisi kimi gətirildi. Amma onun xalq sevimlisindən xəyanətkara qədər transformasiyası çox az vaxt sürdü. Heyranlıq nifrətə çevrildi. Paşinyan əslində Qorbaçovu xatırladır, onun da hekayəsi hamıya məlumdur”, – məqalədə vurğulanıb.
Azərbaycanla Ermənistanı bir tərəziyə qoymağın mümkünsüzlüyünü bildirən müəllif yazır ki, şəxsiyyətin miqyasını nəzərə alsaq, İlham Əliyevi digər siyasətçilərlə müqayisə etmək çətindir:
“Bu, əsassız bəyanat deyil. Əminəm ki, o, tarixə dövlət adamı, “Dəmir İlham”, türk dünyasının iradəli lideri kimi daxil olacaq. Onun dövründə Azərbaycanın inkişafı dayanmır. Azərbaycanlılar milli dirçəliş yaşayırlar, ölkənin həyat keyfiyyəti əksər aspektlər üzrə SSRİ səviyyəsini xeyli üstələyib və postsovet məkanının fenomeninə çevrilib. Bu, Əliyevlərin demokratiyanın ənənəvi liberal modelinin kökünü kəsməyinin nümunəsidir. Azərbaycanın lideri başqa insan olsaydı, o, həmin uğuru çətin təkrarlaya bilərdi. Ən əsası isə başqası olsa, Vladimir Putin də Bakının tərəfində durmazdı”.