“Əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyib.
“Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”, – deyə Şarl Mişel bildirib.