Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 5-də Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur.
Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 17-18°, cənub çimərliklərində isə(Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.