“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə vəzifəsindən azad edildikdən dərhal sonra jurnalistlərə müsahibəsində 1967-ci ildən etibarən daim qorxu hissi ilə yaşadığını səmimiyyətlə etiraf etmişdi.
Təcrübəli partiya işçisinin, su təsərrüfatımızın dəyişməz rəhbərinin kabinetindən evə nə üçün qorxu içərisində qayıtdığını demək çətindir. Vəzifəni itirməkdənmi qorxmurmuş? Yaxud bəlkə başqa səbəb varmış?
İstənilən halda, bu gün məlum olub ki, 28 il ərzində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri vəzifəsini tutan 76 yaşlı Ə.Əhmədzadə yeni təyinat alıb. Onu Azərbaycan Baş nazirinin müşaviri təyin ediblər. Görünür, Ə.Əhmədzadəyə qorxunu aradan qaldırmağa kömək ediblər. O yenidən postdadır…
Müstəqil.Az