Xəbər verdiyimiz kimi, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna həbs cəzası verilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İmamoğlu hazırki şəraitdə həbs cəzası almayacaq.
Belə ki, verilən 2 il 7 ay 15 gün həbs cəzası qüvvədə qalacağı təqdirdə o, Ali Məhkəməyə göndəriləcək. Bunun müddəti isə öz növbəsində 3 aydan 1 ilə qədər olan vaxtı əhatə edir. Qərar yekunlaşdıqdan sonra Əkrəm İmamoğlu həbs cəzası ala və işindən kənarlaşdırıla bilər. Həmin müddət tamam olana kimi İBB rəhbəri fəaliyyətini davam etdirəcək.
Ali Məhkəmə qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.
Bu gün verilən qərardan sonra İmamoğlu həbsə yollanmayacaq. O, bələdiyyə sədri kimi fəaliyyətini davam etdirəcək.