Bu ilin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək.
Müstəqil.az xəbər verir ki, bu barədə Real TV-yə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov məlumat verib.
Qurum sədrinin sözlərinə görə, ödənişli giriş Ələt-Astara magistralının 31-204-cü kilometrinə tətbiq ediləcək.