“Real”ın yarımmüdafiəçisi Luka Modriç üçün Səudiyyə Ərəbistanına yollanmaq imkanı yaranıb.
“Qafqazinfo” Goal.com-a istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “Əl-Nəsr”dən təklif alıb. Amma o, həmin dəvəti qəbul etməyib. Belə ki, Modriç 2024-cü ilə qədər İspanya çempionatında oynamaq istəyir.
Həmçinin, “Əl-Nəsr” PSJ-nin futbolçusu Serxio Ramosa da təklif göndərib.