![“Əl-Qaidə” lideri MƏHV EDİLDİ “Əl-Qaidə” lideri MƏHV EDİLDİ](https://www.mustaqil.az/wp-content/uploads/2022/08/21.jpg)
ABŞ-ın Əfqanıstanda keçirdiyi antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman əl-Zəvahiri öldürülüb.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yeri ilin əvvəlində müəyyən edilib. Aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı üzə çıxıb.
71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladendən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi. O, ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı kimi tanınırdı.
Müstəqil.Az