Partiya sədri həbsxana yoldaşını döyüb?

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev həbsxanada davaya qarışıb. 

Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, onun Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Əli Əliyev iş üzrə şahid qismində dindirilib.

Qeyd edək ki, partiya sədri 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatır.

Müstəqil.Az

Share: