Əli Həsənov Fəttah Heydərov haqda…

Azərbaycan xalqı bu gün özünün həm rəsmi ağsaqqalını- Respublika Ağsaqqallar Şurasının sədrini, həm də sözün həqiqi mənasında ölkənin dəyərli ağsaqqallarından birini- hörmətli Fəttah Heydərovu ömrünün 82-ci ilində itirdi.

Müstəqil.Az bildirir ki bu sözləri Prezidentin keçmiş köməkçisi Əli Həsənov özünün feysbuk səhifəsindəki divarında paylaşıb.
Paylaşımda daha sonra deyilir:

“Rəhmətliyin son 30 illik qaynar həyatı və dolğun fəaliyyəti gözümün önündən bir an belə getmir. Onunla ilk tanışlığımız 1990-cı ildə Naxçıvanda ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinə seçki kompaniyası çərçivəsindəki tədbirin birində başlamışdır. Sonrakı bütün dövrdə Fəttah müəllimdən- bu görkəmli dövlət və ictimai xadimdən, əsl el ağsaqqalından çox şeylər əxz edərək, ictimai-siyasi həyatımızda bərabər fəaliyyət göstərmişik. 2013-cü ildə mənim iştirakımla ölkə ağsaqqalları yüksək etimad göstərərək Fəttah müəllimi Respublika Ağsaqqallar Şurasının sədri seçdi.

Son yeddi ildə mərhumla həm ölkə daxili tədbirlərdə, həm də çoxsaylı xarici səfərlər zamanı sıx təmaslarımız və xoş xatirələrimiz olub. Fəttah müəllim bütün müsbət keyfiyyətləri, nurlu siması, pozitiv şəxsiyyəti ilə yanaşı, mənim üçün həm də ümummilli liderin dövlətçilik irsinin, Prezident İlham Əliyevin siyasi kursunun fəal təbliğatçısı qismində çox dəyərli bir ağsaqqal idi…Azərbaycanda büyükdən kiçiyə hamı tanıyırdı, hörmət və ehtiram göstərirdi rəhmətliyə… Beləliklə, bu gün unudulmaz xatirələrini onu tanıyan və sevən insanlarım qəlbinə buraxaraq, haqq dərgahına qovuşdu Fəttah Heydərov…
Məkanınız cənnət, ruhunuz şad olsun, əziz Fəttah müəllim! Doğmalarınıza Allah səbr versin!”

Müstəqil.Az

Share: