Əli Həsənov etiraz etdi

Əli Həsənov etiraz etdi

Müstəqil.Az Prezidentin sabiq köməkçisi, tarix elmləri doktoru professor Əli Həsənov özünü feysbuk səhifəsində ona atılan çamurlardan bəhs edib və etirazını bildirib.

O yazıb:
“Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə, mütəmadi olaraq yalan xəbərlər uyduran və tirajlayan bir çox saytlarda- bizim.media az, bakupost az, publika. az, Axar az, Demokrat az, yenisabah. az və “çörəyi mənim haqqımda yalan yaymaqdan çıxan” digər yalan xəbər spekulyantlarının çamur guşəsində “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı növbəti yalan yayıblar.
Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar.
Müstəqil.Az
Share: