Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.
Müstəqil.Az Report-a istinadən şirkətlərin vergi borclarının siyahısını təqdim edir:
1. “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC – 182 055,86
2. “Araz Teleradio” MMC – 17 459,54
3. “Kaspi Global” MMC – 8 562,63
4. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC – 1 337,40
5. “Golden Prince” MMC – 18,69
6. “Kaspi Education” MMC – 0
7. “Kaspi Co” MTK – 0
“Kaspi Mətbuat Yayımı” MMC – 0
“Kaspi” qəzeti redaksiyası – 0
“Kaspi-AZ” MMC – 0
“Kaspi-EC” MMC – 0
“Mətbuat Evi” MMC – 0
(Cəmi: 208 096,72).
“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.
Müstəqil.Az