Əli Nağıyev Rüstəm Muradovla görüşdü – Foto

Əli Nağıyev Rüstəm Muradovla görüşdü – Foto

DTX rəisi, general-polkovnik Əli Nağıyevin Qarabağdan yeni fotoları yayılıb. Həmin fotolarda o, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradovla bərabərdir. Ehtimal olunur ki, DTX rəisi Şuşadan sonra Qarabağa daha bir səfər həyata keçirib.

Müstəqil.Az  Musavat.com-a istinadən xəbər verir ki, fotoların çəkildiyi ərazi barədə dəqiq bilgi yoxdur. Bəzi ehtimallara görə, fotoların çəkildiyi məntəqə Laçın rayonu ərazisidir.

Onu qeyd edək ki, bəzi qaynaqlar indiyə qədər Rüstəm Muradovun ancaq Qarabağdakı qanunsuz və qondarma rejimin təmsilçiləri ilə görüşdüyünü yazır və haqlı olaraq sual verirlər: Rüstəm Muradov niyə heç Azərbaycan yetkililəri ilə görüşmür?

Geniş ictimaiyyət ilk dəfə belə bir fakt əldə edir. Rüstəm Muradov Azərbaycan DTX rəisi Əli Nağıyevlə görüşür, fotodan da göründüyü kimi, onu tabeçiliklə dinləyir.

Qeyd: fotofaktlar ictimaiyyətə çatdırılmırsa, bu o demək deyil ki, Rüstəm Muradov Azərbaycan yetkililəri ilə görüşmür.

Qarabağ Azərbaycandır, orada olan hər kəs Azərbaycan qanunlarına tabedir və dövlətimiz qarşısında hesabatlıdır.

Sadəcə, proses getdiyi üçün görünür, bu barədə vaxtından əvvəl açıqlamalar verib, İrəvandakı erməniləri daha da qızışdırıb, prosesi (erməni hərbçilərinin Xankəndini və digər ərazilərimizi tərk etməsi) pozmaq istəməyiblər.

Müstəqil.Az

Share: