Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara konsert tədbiri təşkil edildi.

Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara konsert tədbiri təşkil edildi.

15 Dekabr 2022-ci ildə, Dədə Ələsgər Ocağı İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara konsert tədbiri təşkil edib.

Tədbirdə çıxış edən, Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin sədri Xətai Ələsgərli bildirmişdir ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə ahıl insanların, eləcədə əlillərin asudə vaxtlarının səmərəli və yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə bundan öncədə aşıqların, saz-söz adamlarının iştirakı ilə silsilə tədbirlər təşkil edilmişdir. Xüsusi qayğıya ehtiyacı olan şəxslərə diqqət hər birimizin borcudur -deyə bildirən sədr, sonda Dədə Ələsgərin portretini mərkəzə hədiyyə edib.

Əlilliyi olan şəxslərlə görüşdə “Aşıq Ələsgər 200” yubiley medalına layiq görülmüş şair Səadət Buta, Dədə Ələsgər Ocağı İctimai Birliyinin müşaviri, şair-publisist Güllü Eldar Tomarlı, aşıq Gözəl Kəlbəcərli və ictimai birliyin üzvü şair Səringül Sadə iştirak edərək, şeirlər söylənilib, aşıq havalarından ifalar səsləndrilib.

Beynəlxalq çay gününə təsadüf edən konsert tədbiri xüsusi coşqu ilə qeyd edilib. Məlumat üçün bildirək ki, Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanaraq, “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası üzrə UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.

Share: