Əliyev bir zərbə ilə MQ-ni kəsdi… – Trofimçuk

Əliyev bir zərbə ilə MQ-ni kəsdi… – Trofimçuk

Brüsseldə keçiriləcək danışıqlardan heç bir xüsusi gözlənti yoxdur.

Müstəqil.Az Axar.az -az istinad edərək xəbər verir ki, bunu rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Qərb indi bu regionda öz təsirini artırmağa çalışır və Moskvanı oyundan kənarlaşdırmaq istəyir.

“Paşinyan heç vaxt rusiyapərəstliyi ilə seçilməyib. Məhz buna görə o, Qərbə bu qədər meyillidir. Qərb də bunu yaxşı bilir. Onu desert üçün saxlayıblar. Qərb üçün ideoloji, psixoloji, hətta tipoloji baxımdan Paşinyan daha “unikal”dır”, – Trofimçuk bildirib.

Trofimçukun fikrincə, Paşinyanın problemi və İlham Əliyevin şansı ondan ibarətdir ki, Aİ və ümumilikdə Qərbin bütün yüksək rütbəli siyasətçiləri, o cümlədən Brüssel danışıqlarının təşəbbüskarı Şarl Mişel zəif fiqurdur:

“Orada müzakirə xatirinə bitib-tükənməyən müzakirələr aparırlar. Bakının ATƏT-in Minsk Qrupunu bir zərbə ilə necə kəsdiyini və indi bu faktdan tam razı qaldığını xatırlamaq kifayətdir. İndi bütün kartlar Bakının əlindədir, xüsusən də nə Moskva, nə də Brüssel Qarabağın Azərbaycanın olmadığını düşünmür”.

Müstəqil.Az

Share: