Rəsmi İrəvan hər hansı razılaşma imzalayaraq dövlətçiliyimizi təhlükəyə atmamalıdır.
Müstəqil.Az xəbər verir ki, bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram deyib.
“Ermənistan dövlətinin təhlükəsizliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edə biləcək qeyri-müəyyən məqamlar var. Atəşkəs bəyannaməsindəki bu məqamların Ermənistanın istəyi və Rusiyanın köməyi ilə aydınlaşdırılması lazımdır. Yanvarın 11-də Moskvada keçiriləcək Əliyev-Putin-Paşinyan görüşünün gündəliyinin təfərrüatı ilə tanış deyiləm. İnanırıq ki, İrəvan hər hansı razılaşma imzalamaqla Ermənistanın dövlətçiliyini təhdid etməyəcək”, – I Aram vurğulayıb.
Qeyd edək ki, yanvarın 11-də Moskvada Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcəyi gözlənilir.
Pərviz Həsənov