Əlizadə Əsgərlinin “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı işıq üzü gördü

Əlizadə Əsgərlinin “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı işıq üzü gördü

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı işıq üzü görüb. Kitab görkəmli ədəbiyyatşünas-alim və publisist, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun 90 illik yubileyinə töhfə olaraq çap edilib. “Sənətkarın elmi pasportu seriyası”nın 17-ci nəşri olan “Teymur Əhmədov: ədəbiyyat və mətbuat xadimi” kitabı Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 dekabr 2020-ci il tarixli (protokol № 6) qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Rəyçisi filologiya elmləri doktoru Rəmin Əliyevdir.

Monoqrafiyada professor Teymur Əhmədovun həyatı və mühitinə, elmi və bədii yaradıcılığına ümumi nəzər yetirilib. Tədqiqatın birinci, ikinci, üçünücü və dördüncü fəsillərində görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dramaturgiya və nəsri, publisistikası və ədəbi-tənqidi görüşlərinə elmi-nəzəri baxış ifadə olunub. Beşinci fəsildə Teymur Əhmədov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı kimi diqqət obyektinə çəkilib. Monoqrafiyada onun milli mətbuat tarixi və jurnalistika sahəsində fəaliyyətindən də bəsh olunur.

272 səhifəlik, yeddi fəsildən və nəticədən ibarət olan monoqrafiya “Nurlar” Nəşriyyat-poliqrafiya mərkəzidə çap oıunub.

 

 

 Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Share: