“Əlləri bağlı gözləməyəcəyik” – Ərdoğandan əməliyyat anonsu

“Terroru aradan qaldırmadan Suriyadan çıxmayacağıq. Suriyanın torpaqlarında gözümüz yoxdur, amma olanlar da, xahiş edirəm, oranı tərk etsinlər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Suriyadakı PYD/YPG/PKK terror təşkilatının hələ də Türkiyənin təhlükəsizliyini təhdid etdiyini bildirib:

“YPG, PYD, İŞİD və PKK sərhədlərimizi tank, top və raketlərlə vururlar. Bəs biz onların qabağında əlləri bağlı gözləməliyik? Bəli, biz Suriyadayıq və oranı terrorçulardan təmizləmədən çıxmayacağıq”./teleqraf

Share: