Əlövsət Əliyev ölkəyə qayıda bilər

Əlövsət Əliyev ölkəyə qayıda bilər
Almaniyada fəaliyyət göstərən “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri, hüquq müdafiçəsi Əlövsət Əliyevin barəsində açılmış cinayət işinə xitam verilib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Ə.Əliyev sosial şəbəkədəki hesabından məlumat verib. O, bunları qeyd edib: “2014-cü ildə vətəndş cəmiyyətinə olan hucumlardan faydalanan bir yüksək çinli məmurun təkidi ilə aprel ayının 14-də barəmdə Azərbaycan Respublikası CM-nin 177.3.2. (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq – külli miqdarda ziyan vurmaqla talama), 320.1 və 320. 2. (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), və 318.2. (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmışdı. Qanunsuz həbsdən xilas olmaq üçün ölkədən qaçdım.
14 iyun 2014-cü ildə isə barəmdə həbsli axtarış elan edilmiş, İnterpol vasitəsiylə beynəlxalq axtarışa verilmişdim. Azərbaycana ekstradisiya olunmağım üçün 1 aya yaxın Kiyevdə həbsdə də yatmalı oldum. Xaricdə olduğum müddətdə cinayət işinin istintaqını aparan müstəntiqlə dəfələrlə danışdım, DİN-in rəhbərliyinə, Baş prokurora dəfələrlə müraciətlər etdim. Daha sonra Azərbaycan Respublikasının Prezidentindən işin obyektiv araşdırılmasının təmin olunması üçün xahiş etdim. Bu yaxınlarda isə barəmdə olan cinayət işinin xitam olunması haqqında məlumat aldım və çox sevindim. Zəhməti olan hər kəsə təşəkkür edirəm”. Ə.Əliyev bildirib ki, ölkəyə qayıdandan sonra baş verənlərə hüquqi qiymət verilməsinə nail olacaq: “İndi səbirsizliklə mənim haqqımda həqiqətə uyğun olmayan, hadisəni daha da böyüdərək sifarişli və yalan məlumatlar paylaşan”tanınmış vəkillərin”, bəzi hüquq müdafiəşilərinin, barəmdə heç vaxt məhkəmə araşdırılması olmasada, “bu gün Əlövsət Əliyevin və qeyrilərinin məhkəmə prosesi keçirildi” kimi yalan məlumatlar tirajlayan “aparıcı media kapitanları”nın təkziblərini gözləyirəm”.
Müstəqil.Az
Share: