Tanınmış qiraətçi, əməkdar artist Ağalar Bayramov işğaldan azad edilən Qubadlıda oğlunun məzarını ziyarət edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə əməkdar artist özü sosial şəbəkədə paylaşım edib.
Ağalar Bayramov paylaşımda bunları yazıb:
“Dur, oğlum, dur, dur, “namərd” atan 28 ildən sonra görüşünə gəlib, dur, səsimə səs ver, Şəhriyar.. Sənə görə 3 min şəhid balalarımız canından keçib… Dillənsənə….Bilirəm, incimisən… Məzar daşına əl uzadan qarı düşmən, sənin məsum baxışlarından utanmadı.. Nələr çəkdi bu əlacsız, biçarə atan bu illərdə, oğul…
Allah bu günə çox şükür! 03 may 1991- 30.01.2021″.BAKU.WS