Özbəkistanın Əməkdar artisti Bəhrullo Rəhimov vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb.
Aktyor 1959-cu ildə Səmərqənddə anadan olub.
Uzun illər Səmərqənd Rayon Musiqili Dram Teatrında çalışıb.
“Böyük Əmir Teymur”, “Kəmər” kimi filmlərdə oynayıb.