Əməkdar müəllim cənab prezidentə müraciət etdi

Əməkdar müəllim cənab prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab

 İlham Əliyevə.

 

Surəti:                        Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Kamran Əliyevə

 

Surəti:                   Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin

rəisi cənab Əli Nağıyevə.

 

28-ci müraciət.

 

Çox hörmətli cənab Prezident!

Bununla yazıb sizə bildirirəm ki, artıq heç bir məsələ məni təəccübləndirmir. Bu mənada sonuncu 27-ci müraciətimidə sizdən gizlətdilər. Təhsil naziri Emin Əmrullayev və onun komandası,  xüsusilə Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev ya özlərini dəliqardaşlığa qoyublar, ya da bizi dəli hesab edirlər. İndi mən yazıram ki, 2 nəfər əməkdar müəllimi məni və Valeh müəllimi heç bir səbəb olmadan 65 yaşı bəhanə edib qəsdən işdən uzaqlaşdırdınız. Ona görə sağolun! Amma bilməlisiniz ki, qanun hamıya aiddir. Bir ildir yazıram ki, niyə bizi çıxarıb, 3-cü məktəb direktoru Bəhram İmranovu işdə saxlayırsınız? Artıq onunla beşinci dəfədir ki, müqavilə bağladılar. Nəyə görə və nə üçün? Ona görə ki, Bəhram İmranov  bizdən savadsızdır, bizdən səriştəsizdir, bizdən təcrübəsizdir, hörmət və nüfuzu bölgədə bizdən aşağıdır, məktəb göstəriciləri bizdən zəifdir, dövlətə və dövlətçiliyə bizim qədər can yandırmayıb. Bu adam bu gündə məntəqə seçki komissiyasının sədri deyil. Əlinə jurnal alıb sinifə girib müəllimlik etməyib. O zaman bəs hansı xüsusiyyətlərinə görə onunla müqavilə bağlayırsınız? Bəs onda maraq nədir?

Mən buradan bir daha yəqin etdim ki, Bəhram İmranovdan Anar Qədiməliyev rüşvət alır, nazirə isə əmisi oğlu Respublika Hərbi Prokurorunun müavini Şəfayət İmranov tapşırır. İndi biz nə edək ki, bizim nə pulumuz nə də adamımız var. Ancaq bu adamlar bir şeyi bilsinlər ki, bizim  adamımız da, pulumuz da cənab Prezident sizsiniz. Emin Əmrullayev və Anar Qədiməliyev bu sözləri qulaqlarında sırğa etsinlər. Emin Əmrullayev bu sözləri yaxşı bilməlidir ki, son illər özündən qabaqkı nazirlər Misir Mərdanov, Mikayıl Cabbarov və Ceyhun Bayramovun heç atılası dırnaqları da deyil. Anar Qədiməliyev Gəncə şəhərinə yayıb ki, İlham müəllim nə qədər yazır, yazsın bizim Prezident Aparatında yaxın adamımız var o da məktubları nəinki prezidentə çatdırmır, heç belə şifahi məlumat da vermirlər. Görün ki, bu adam nə qədər arxayındır. Bundan başqa bir neçə mətbuat işçilərinə bildirib ki, “elə mən İlham müəllimin acığına Bəhram müəllimi işdə saxlayıram. İndi mən gəncəlilərə sübut etdim ki, heç kəsin gücü çatmadığı İlham müəllimi işdən qovdum”. Maraqlı budur ki, bu baxımdan səlahiyyətli orqanların heç biri , o cümlədən nə Prezident aparatı, nə Nazirlər kabineti, nə Milli Təhlükəsizlik Xidməti, nə Respublika Dövlət Əmək Müfəttişliyindən, nə də Hüquqların Müdafiəsi müvəkkilindən bir nəfər də olsun belə Təhsil Nazirinə sual vermirlər ki, ay Nazir niyə Gəncədə 3 məktəb direktorlarından 2-ni   birini saxlayırsan? Niyə respublikada 75 80 85 yaşlı məktəb direktorlarını illərlə müqavilə bağlayıb saxlayırsan? Bu qanun elə yalnız İlham müəllimlə, Valeh müəllimə aiddir? Deməli xoruzun quyruğu görünür. Bu məsələnin ikinci izahı yoxdur. Ya rüşvət alırsınız,, ya da yuxarıdan tapşırığa baxırsınız. Emin Əmrullayev mənim sənə bir tövsiyəm var. Cənab prezidentin jurnalistlərin qarşısında çıxışından nəticə çıxararaq həm özün, həm də Anar Qədiməliyev, həmdə Orxan Abbasov dəmir barmaqlıqlar arxasına düşmək istəmirsinizsə, hər üçünüz də istefa ərizəsi yazın gedin! Bir də üzümü tutub Əli Nağıyevə müraciət edirəm ki, varlığım qədər inandığım bir şəxs kimi, rəhmətlik Həsən Mirzənin qələm dostu kimi, bir el oğlu kimi xahiş edirəm ki, Süleyman İsmayılov demir-demir heç olmasa mənim tələbimi siz cənab prezidentə çatdırın,  mənə kömək edin. Ən nəhayət hörmətli Kamran Əliyevə müraciət edirəm. Mənim şagirdim olubsan! Bir müəllimin kimi sən Emin Əmrullayevə sual verə bilmirsən ki, mənim müəllimim “əməkdar müəllimdir, mənim kimi baş prokuror yetişdirib, niyə prezidentin sərəncamına məhəl qoymayıb, qanunsuz olaraq onu işdən uzaqlaşdırmısan?”

Məhz bu suala Emin Əmrullayev cavab verə bilməyəcək. Çünki bu sualın cavabı yoxdur. Biz haqlıyıq! Cənab prezident çox maraqlıdır ki, Gəncə təhsil idarəsinin müdiri Anar Qədiməliyev SOROS-un adamı olmaqla yanaşı həm də əsgəri xidmətdən ona görə yayınıb ki, bu adam böyrək xəstəliyi ilə əlaqədar beyinlə bağlı mütəmadi olaraq yerini isladır. Ona görə mən aidiyyəti orqanlardan xahiş edirəm ki, bu məsələni çox ciddi şəkildə araşdırsınlar. Əgər belədirsə xəstə adamdan Gəncə təhsilinə müdir olmaz.  sağlamdırsa bilərəkdən qəsdən hərbi xidmətdən yayınıb. Hələ o, bu ağılla regiona rəis olmaq istəyir. Çünki, Nazir ona söz verib. Yuxarıdakıları nəzərə alaraq cənab Prezident sizdən xahiş edirəm ki,  əgər 65 yaş qanundursa o zaman Gəncədə Bəhram İmranovla və  respublikada yüzlərlə işdə saxlanılan məktəb direktorları ilə bağlanan müqavilələrə dərhal xitam verilsin. Çünki işdən çıxan digər direktorlar da bizim kimi pulsuz, imkansız və adamsızdır. Xatırladım ki, Bəhram İmranovun məktəbində müəllimlərin şikayəti bütün respublikanı başına götürüb.  Təkcə ali təhsilli müəllim Gülzalə Şükürovanın başına olmazın haqsızlıqlar gətrib. Çünki, məişət kollecini qurtaran, diaqnostikadan 11 bal toplayan müəllimlərə bilərəkdən sinif verir, ancaq ali təhsilli, diaqnostikadan 35 bal toplayan Gülzalə müəllimənin əlindən qəsdən sinifi alıb. Çünki, ortada maraq yoxdur. Anar Qədiməliyev isə bu baxımdan ən yaxın adamı, əzizi, məsləhət verəni Bəhram İmranovu müdafiə edir. Bunlara ayıb olsun! Ümid edirəm ki, heç olmasa bu müraciətimə çox ciddi baxacaqlar. Yəqin ki, bu dəfə cənab prezident sizdən çəkinəcək və bir balaca utanacaqlar.

 

 

 

Hörmətlə:            Həsənov İlham Musa oğlu

Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü,

8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,  “Qızıl Qələm” mükafatı laureatı,

Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü

Heydər Əliyevin yaxın dostu və silahdaşı

Əlaqə nömrəsi:                             050-333-40-27

Share: