Avropaya səyahət etmək istəyənlərin Şengen vizası almaq şansları müraciət etdikləri ölkəyə görə dəyişir.
Normal olaraq viza yalnız ziyarət ediləcək ölkə üçün tələb olunsa da, ölkələr arasında sərhəd nəzarətinin olmaması və ya çox nadir olması eyni viza ilə bir çox ölkəyə səfər etməyi praktiki olaraq mümkün edir.
Bəs Avropanın 27 ölkəsini əhatə edən Şengen vizası hansı ölkələrdə daha asan əldə edilə bilir?
“SchengenVisaInfo.com”un Şengen vizaları ilə bağlı 2022-ci il məlumatlarına görə, İslandiya 1,9 faizlə regionda ən aşağı viza imtinası nisbətinə malik ölkədir.
Nisbət baxımından Malta, İsveç və Belçika viza müraciətlərini ən çox rədd edən Şengen üzvlərinin başında gəlirlər. Malta müraciətlərin 36,4 faizini, İsveç 29 faizini, Belçika isə 28,4 faizini rədd edir.
Fransa 22,2 faizlə vizadan ən çox imtina edən dördüncü ölkədir.
Mənbə: Haber Global