Ən çox “qazanan” mərhum tanınmışların siyahısı açıqlandı

Ən çox “qazanan” mərhum tanınmışların siyahısı açıqlandı

İngilis yazıçısı və filoloqu Con Tolkien (1892-1973) “Forbe”s jurnalının versiyasına görə, son bir ildə ən çox “qazanan” ölü məşhurlar siyahısında birinci yerdədir.

Siyahı bazar ertəsi nəşrin saytında dərc olunub.

“Forbes”in reytinqinə 1 noyabr 2021-ci ildən bu ilin 30 oktyabrına qədər mirası ən çox gəlir gətirən 13 mərhum tanınmış sima daxil edilib. Hesablamalara satışdan əldə edilən mənfəət, axın platformalarında dinləmə, lisenziya sövdələşmələrinin bağlanması aid olunub.

Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul “qazanıblar” ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, “Forbes”in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.

Reytinqdə ikinci yerdə “Coca-Cola”nın “BodyArmor”dakı payının satışından bir il ərzində 400 milyon dollar “qazanmış” amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutub.

Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.

Mənbə: TASS

Share: