Quliyeva Leyla Gəncivan qızı Bakı Slavyan Universitetinin Xarici dillər kafedrasının müəllimi, ingilis dili mütəxəssisidir.
O , əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlamışdır.
Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil problemləri İnstitutunun elmi işçisi, baş elmi işçisi, doktorantı (Ümumi pedaqogika, pedaqogikanin və təhsilin tarixi) olmuşdur. 2013-cü ildən isə Bakı Slavyan Univeristetinde Xarici dillər kafedrasının müdir müavini və müəllimi kimi fəaliyyətinə davam edərək müxtəlif seminar və konfranslarda iştirak etmişdir.
Həmçinin Leyla Quliyeva Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətər regionşünaslıq və jurnalistika fakültəsinin Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikası üzrə “Mükəmməl Pedaqoq” layihəsinin iştirakçısı, Azərbaycan Respublikası İngilis dili Müəllimlər Birliyinin üzvüdür.
İnteraktiv texnologiyalarla tədris üzrə beynəlxalq sertfikatın sahibi olan L.Quliyeva Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması”, “Məktəb və uşağın Dostu” layihəsinin iştirakçısı, fənn kurikulumları üzrə kordinatoru olmuşdur. Fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, Erasmus + PETRA layihəsi üzrə Türkiyənin Gazi Universitetində Azərbaycan universitetlərinin müəllimləri üçün təşkil olunmuş təhsil layihəsinin iştirakçısı olmuşdur.
Leyla Quliyevanın müəllif fəaliyyətinə 15-dən çox elmi məqalə ,BSU Pedagoji fakültəsinin Rus dili müəllimləri ixtisası – bakalavr təhsili alanlar üzrə ingilis dili, Məktəbəqədər təlim və tərbiyə ixtisasi üzrə ingilis dili, Təhsildə sosial psixoloji xidmət ixtisasında ingilis dili tədris programları daxildir.
Leyla Quliyeva uzun zamandır uğurlu repetitor kimi də xidmət göstərir. Həm abituriyentlər ,həm valideynlər bu müəllimdən olduqca razıdırlar. Leyla müəllimin bir çox şagirdi imtahanlarda uğurlu nəticə göstərmişdir . Bu isə peşəkar müəllimin uğurlarından biridir.
Müəllif :
Nizami Bayramlı
İstifadə olunmuş ədəbiyyat :
Məktəbguşəsi.az
Müstəqil.Az