Husilərin Ər-Riyada raket zərbəsi endirməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı Yəmənin bütün hava və dəniz limanlarını bağlayıb.
Müstəqil.Az Axar.az -a istinad edərəkxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası yayıb. Koalisiya limanların müvəqqəti bağlandığını bildirib.
Bundan öncə tətbiq edilən sərhəd nəzarətinin husilərə ballistik raket tədarükünün qarşısını almadığı vurğulanıb.
Qeyd edək ki, husilər Ər-Riyadda yerləşən Kral Xalid hava limanına raket atıblar. Raket Səudiyyə Ərəbistanı ordusu tərəfindən məhv edilib.
Müstəqil.Az