Ərdoğan:-“Əgər dünya BMT Təhlükəsizlik Şurasının bu üzvlərinə təslim edilsə, hamımız yanacağıq”

Misir, İsrail, ABŞ kimi ölkələr guya Ümumdünya İnsan Haqları Bəyannaməsinə hörmət edirlər.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bəs bunlar İnsan Haqları Bəyannaməsinə hər zaman əməl edirdilər? Yox! İnanmayın bunlara. Belə şeylər onları qətiyyən maraqlandırmır.
Əgər dünya BMT Təhlükəsizlik Şurasının bu üzvlərinə təslim edilsə, hamımız yanacağıq. Zalımlar dünyanı yaşanılmaz hala salıblar. Biz buna görə “zalımlar üçün var olsun cəhənnəm” deyirik”, – Ərdoğan bildirib.

Share: