Azərbaycan prezidenti bu həftənin cümə axşamı Türkiyəyə səfərə gələcək. “Haber Global” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ukrayna böhranı ilə bağlı 20-yə yaxın dövlət başçısı ilə müzakirələr apardım və hələ də danışıqlarımı davam etdirirəm. Sabah İsrail prezidenti Hersoq, cümə axşamı isə Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”, – Rəcəb Tayyib Ərdoğan deyib.
***
16:38
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə gedəcək. TRT xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, səfərin cümə axşamı baş tutacağını qeyd edib.