“Ərdoğan 53 faizdən aşağı düşməyəcək” — AK Partiya rəsmisi

“Ərdoğan 53 faizdən aşağı düşməyəcək” — AK Partiya rəsmisi

“Ərdoğan ikinci turda 53 faizdən aşağı düşməyəcək”.

“Qafqazinfo” Türkiyə medasına istinadən xəbər verir ki, bunu AK Partiya rəsmisi Əli İhsan Yavuz jurnalistlərə açıqlaması zamanı deyib.

Yavuz bildirib ki, Ərdoğanın səs nisbətinə və digər anket nəticələrinə baxaraq demək olar ki, ona verilən səslər ikinci turda 53 faizdən aşağı düşməyəcək:

“Seçkiyə qədər Kemal Kılıçdaroğlu qabaqdadır, o, qalib gələcək deyirdilər. Onun anket nəticələrinin yüksək olduğu bildirilirdi. Çox açıq deyim, əlimdə 3 anket var idi və Kılıçdaroğlu 4-5 xal irəlidə idi. Bu, ikinci tur olacağı təqdirdə Ərdoğanın adının 53-54 faiz səslə qutudan çıxacağını açıq şəkildə göstərirdi.

Ən yüksək səviyyədə iştirakımız oldu. İnsanlar zəlzələ ilə əlaqədar iştirakın az olacağını proqnozlaşdırırdılar. Amma buna baxmayaraq yüksək idi”.


Share: