Afrika səfərinə çıxan prezident Ərdoğan ötən günlərdə həyata keçirilən əməliyyatda saxlanılan və həbs edilərək həbsxanaya göndərilən Adnan Oktarla bağlı açıqlama verib.
Müstəqil.az xəbər verir ki, Adnan Oktarın adını çəkmədən “əxlaqsız adam” kimi qiymətləndirən Ərdoğan FETÖ ilə Adnan Oktarın təşkilatları arasında oxşarlığa diqqət çəkib.
“İstanbul Üsküdar Bürhaniyədə yaşadığım zamanda qonşum idi, amma şəxsən tanımıram. Əxlaqsız bir adamdı. Ədəbi yerində deyil. Çox əxlaqsız bir tipdi. Əxlaqi yöndən çatışmazlıqları olan biridir.
Sizin onun əlinə verdiyiniz uşaqları, gəncləri alır, onları öz istədikləri kimi yetişdirib, ondan sonra da sistemin içinə soxaraq hakimiyyəti ələ keçirməyə çalışırlar”, – prezident deyib.
Müstəqil.Az