Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan azərbaycanlı professor, Türkiyənin Girəsun Universitetinin rektoru (2012-2016), Oksford Universitetinin Sokrat mükafatının laureatı Aygün Attarı yüksək vəzifəyə təyin edib.
Müstəqil.az xəbər verir ki, dövlət başçısının qərarı ilə A.Attar Türkiyə Prezidentiyanında Təhükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.
Qeyd edək ki, A.Attar 1962-ci ildə Qubadlıda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır, ailəlidir, 3 övladı var.