Ərdoğan Bartındakı faciəyə görə başsağlığı verən dövlət rəhbərlərinə təşəkkür etdi

Ərdoğan Bartındakı faciəyə görə başsağlığı verən dövlət rəhbərlərinə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərinin Amasra rayonunda kömür mədənindəki partlayışdan sonra başsağlığı verən ölkə rəhbərləri ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə Prezidenti tviter səhifəsində yazıb: 

“Başsağlığı mesajları və şəfa diləkləri ilə Bartında yaşadığımız acıları bölüşən dövlət rəhbərlərinə və xalqlarına səmimi həmrəyliklərinə görə Türk xalqı adından minnətdarlığımı bildirirəm”.


Share: