Ərdoğan ciddi islahatlara başlayır – Türkiyədə 5 vitse-prezident olacaq

Türkiyənin prezident üsul-idarəsinə keçməsilə əlaqədar hökumətdə dəyişikliklər ediləcək.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Türkiyədə 5 vitse-prezident olacaq. Bundan başqa, ölkədəki nazirliklərin sayında da dəyişiklik ediləcək. Belə ki, hazırkı 21 nazirliyin sayı azaldılaraq 15-ə endiriləcək. Ehtimal edilir k, bir neçə nazirlik birləşdiriləcək.
Türkiyə hökuməti isə yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.(AzVision.az)

Share: