Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran İslam Respublikasının prezidenti Həsən Ruhani Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən Ankara şəhərində Çankaya Köşkündə təşkil edilən Türkiyə-İran Biznes Forumunda iştirak ediblər.
Enter.News Türkcə xəbər verir ki, Ərdoğan çıxışında “ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara baxmayaraq biz bu ölkədə öz hədəflərimizə çatacağıq” sözlərini deyib.
Ərdoğan çıxışını iranlı şair Hafiz Şirazinin bir şerini həm farsca, həm də türkcə oxuyaraq başa vurub: “Dostluq ağacını ək ki, könlünün arzusu meyvə versin. Düşmənçilik cücərtini sök ki, saysız-hesabsız sıxıntıya yol açmasın”.
Ərdoğanın bu sözləri prezident Ruhaninin başçılıq etdiyi İran nümayəndə heyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.