Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı: “Onlara 2 illik faizsiz kredit verəcəyik”

Ərdoğan gənc ailələrə dəstək proqramından danışdı: “Onlara 2 illik faizsiz kredit verəcəyik”

“Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan Qaradəniz qazının ölkəmizə veriləcəyi qazancla gələcəyimizə sərmayə qoyacağıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan ailə və gənclik bankının yaradılacağını qeyd edib.

“Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.

Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin olunmalarını asanlaşdıracağıq.

Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik və bununla da onları evliliyə həvəsləndirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Mənbə: Haber Global  

Share: