Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
İnfantino görüş zamanı Türkiyə liderinə üzərində Ərdoğanın adı yazılan və yalnız bir ədəd istehsal edilən topu hədiyyə edib. Onun “Yalnız sizin üçündür”, – deyə təqdim etdiyi topa Ərdoğan başı ilə zərbə vurub.