Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə videokonfrans şəklində görüş keçirib.
“Haber Global” məlumat verir ki, görüşdə Türkiyə-Almaniya,Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi və Liviyadakı hadisələrlə birlikdə, Azərbaycan-Ermənistan məsələsi də başda olmaqla regional məsələlər müzakirə edilib.
Türkiyə lideri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin probleminin köklü bir şəkildə həll edilməsi üçün BMT qətnamələrinin və beynəlxalq hüquq tələblərinin yerinə yetirilməli olduğunu vurğulayıb.