Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 4-də İstanbulda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.
O, həmçinin, İsveçin yeni baş naziri Ulf Kristerssonu noyabrın 8-də Ankarada qəbul edəcək.
Danışıqlar zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin müzakirə ediləcəyi gözlənilir.
Mənbə: TRT