Ərdoğan onu vəzifəsində saxladı

Ərdoğan onu vəzifəsində saxladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxrəddin Altun ilə bağlı sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat “Rəsmi qəzet”də dərc olunub.

Bildirilib ki, F. Altun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi vəzifəsinə yenidən təyin olunub.

Qeyd edək ki, F. Altun 1976-cı il sentyabrın 11-i Almaniyada anadan olub. Əvvəllər televiziya sahəsində çalışıb və köşə yazarı kimi fəaliyyət göstərib. 


Share: