Prezident Rəcəb Tayyib Ərdoğan sanksiyalardan qorxmur. Çünki amerikalı həmkarı Trampın təhdidlərinin təqlid olduğunu anlayır.
Müstəqil.Az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Oleq Morozov Türkiyə-ABŞ anlaşmasını şərh edərkən deyib.
“Ərdoğan təhlükəsizlik bölgəsi yaradıldıqdan sonra rus və suriyalılarla, hətta kürdlərlə razılığa gələcəyini anlayır. Ərdoğan qeyd-şərtsiz qazandı. Tramp isə məğlub oldu. Bunu sadəcə demokratlar deyil, respublikaçılar da anlayır”, – deyə ekspert bildirib.
Müstəqil.Az