Ərdoğan: Qısa müddətdə Kəlbəcər və Laçın da…

Ərdoğan: Qısa müddətdə Kəlbəcər və Laçın da…

Biz göz yaşlarımızla dünən Şuşanın azad edilməsi ilə bağlı İlham Əliyev qardaşımızın açıqlamasını izlədik. Şuşanın azad edilməsi ilə bərabər sevinclərimiz və ümidlərimiz də artdı.

Müstəqil.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Dağlıq Qarabağ azad edilənə qədər müharibə davam edəcək:

“Tək millət, iki dövlət” şuarını paylaşdığımız Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik. Biz hazırda Azərbaycandayıq. Çünki onlar bizim qardaşlarımızdır. Ermənistanın 28 illik zülmü qarşısında Minsk Qrupu təəssüf ki, o torpaqlardakı azərbaycanlıları qaçqın yaşatdı. Torpaqları işğal altında olduğu üçün onlar öz torpaqarlarından mərkəzə gəlmək məcburiyyətində qaldı. 28 il davam edən problemi Minsk Qrupu həll etmədi. Bunu özləri ilə danışanda da bizə həll yolu göstərmədi. Onların problemi həll etmək məqsədləri yoxdur. Azərbaycanlı qardaşlarımız özü bu problemi həll etdi. Mərhum Məmməd Əmin Rəsulzadənin dediyi kimi, “Bir dəfə yüksələn bayraq bir daha enməz”. Dağlıq Qarabağdakı işğal bitənə qədər də mübarizə bayrağı enməyəcək. Bu münasibətlə İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm. Şəhidləri rəhmətlə anıram. İnşallah, qısa müddətdə Kəlbəcər və Laçın olmaqla digər torpaqlar da sahiblərinə veriləcək”.

Nərmin Əkbərli

 

 

Share: