Ərdoğan Sinan Oğanın onu dəstəkləməsindən danışdı

Ərdoğan Sinan Oğanın onu dəstəkləməsindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın onu dəsləkləməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında deyib.

“Bu bizim gözləntimiz idi. Müxalifətin Sinan bəyə qarşı linç kampaniyası aparacağını gözləyirdik. Amma Sinan bəy açıqlaması ilə mövqeyini ortaya qoydu. Mayın 28-də millətimin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşəcək. Ümid edirəm ki, yerli və milli anlayışla ikinci dövrə girəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.


Share: